Yadıma gəlir, 60-cı illərin birinci yarısında mən universitetdə oxuyarkən Şəhriyarın adı və “Heydərbabaya salam” poeması birdən-birə - elə bil ki, tər-təmiz göy üzündə şimşək çaxdı!-şüurumuzu silkələdi, bütün varlığımızdakı Cənub həsrətini təzədən özümüzə yaşatdı, o tərtəmiz, saf Azərbaycan dili, o poetik ab-hava bizim-gənclik eşqi, həvəsi, ehtirası ilə milli hisslər,
düşüncələr, qayğılar aləminin içində yaşayan cavanların, ədəbiyyat, sənət həvəskarlarının arasında əməlli-başlı bir təlatüm yaratdı. Mən dünya ədəbiyyatında elə bir nümunə xatırlaya bilmirəm ki, heç bir siyasi motivi olmadan, süjeti olmadan, çağırışı-şüarı, hansısa ictimai iddiası olmadan “Heydərbabaya salam”ın 60-70-ci illərdə Sovet Azərbaycanında ictimai şüura göstərdiyi qədər vətəndaşlıq təsirinə malik olsun.
Heydərbaba, ildırımlar çaxanda,
Sellər-sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şöfkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
Qazdan ayıq olan sovet (partiya!) senzurası (qlavlit!) bu sadə, şəffaf misralarda hansı siyasi fıkir, hansı siyasi eyham, millətçi çağırış tapa bilərdi?
Əlbəttə, heç nə tapa bilməzdi.
Çünki bu poemada belə bir fıkir, eyham, çağırış, həqiqətən, yoxdur.
Sadəcə olaraq ona görə ki, “Heydərbabaya salam”ın siyasi-ictimai qəhrəmanı onun dilidir, onun xəlqiliyidir.
Söhbət iki yerə parçalanmış və hər parası da müxtəlif ictimai formasiyalarda, əlçatmaz, ünyetməz qorxunc sərhədlər arxasmda yaşayan bir xalqın ana dilindən və ən səmimi, incə, kövrək tellərlə həmin xalqa bağlılıqdan gedir.
Söhbət Azərbaycan xalqının taleyi kontekstində poetık ictimai-siyasi bir hadisədən gedir.
Buna görə də bu poema yalnız Azərbaycan poeziyasında və ictimai fıkrində yox, ümumiyyətlə, sənətin və ictimai fıkrin qarşılıqlı təmasında unikal bir hadisədir.
“Heydərbabaya salam”a qədər Məhəmmədhüseyn Şəhriyar farsdilli böyük İran şairi di. Bu poema onun Azərbaycan dilində yazdığı ilk əsərdir və bu poemadan sonra
Məhəmmədhüseyn Şəhriyar, eyni zamanda, böyük Azərbaycan şairi oldu.
Və “Heydərbabaya salam”dan sonra İranda yazıb-yaradan bir çox istedadlı şairlər bu poemaya ana dilində nəzirələr yazdılar, Azərbaycan şairi oldular.
İrandakı müasir günlərimizin Azərbaycan poeziyası belə yarandı.
Şəhriyarın özü də “Heydərbaba”dan sonra fars dili ilə bərabər, Azərbaycan dilində də gözəl şerlər yazdı və ömrünün sonunacan da beləcə davam etdi.
Mən o uzaq gənclik illərində, təbii ki, Heydərbabanı görməmişdim, amma heç zaman görmədiyim və Şəhriyarın poemasına qədər adını belə eşitmədiyim o dağ, o dağın ətəklərindəki el-oba, o duz, məzə, o kədər, həsrət elə bil ki, tamam canlı bir varlıq kimi, qəribə bir məhrəmliklə, mehribanlıqla mənim üçün tamam doğmaya çevrilmişdi.
Mir Mustafa dayı, ucaboy baba,
Heykelli, saqqallı, Tolstoy baba,
Eylərdi yas məclisini toy baba,
Xoşginabın abrusu, ərdəmi,
Məscidlərin, məclislərin görkəmi...
Elə bil ki, adını birinci dəfə eşitdiyim o Mir Mustafa babanı, o ucaboy Tolstoy babanı mən elə gözümü açandan eləcə görmüşdüm, o məscidləri də tanıyırdım, o məclislər də mənim üçün çox doğma bir yer idi.
Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacada mələrdi,
Əmməcanım körpələrin bələrdi,
Təndirlərin qovzanardı tüstüsü,
Çörəklərin gözəl iyi, istisi...
Elə bil ki, o naxırçıları da mən lap yaxşı tanıyırdım, o qoyun-quzu mələş-məsini də aydınca eşidirdim, təndirdən qovzanan o tüstü mənim gözlərimə girib özü ilə qəribə bir sevinc (acı sevinc!) gətirirdi və o çörəklərin də iyini, istisini eləcə hiss edirdim.
Rübabə Muradova o yanıqlı, təkrarsız səsiylə, nəfəsiylə oxuyanda ki:
Heydərbaba, kəkliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa yad eylə,
Açılmayan ürəkləri şad eylə...
-elə bil mən də yaxşı tanıdığım və sevdiyim Mədinə Gülgün və Balaş Azəroğlu kimi, Əli Azəri və Qulamhüseyn Beqdeli, Söhrab Tahir və Həmid Məmmədzadə, Mirzə Pürabbas və
Qasım Cahani kimi qələm sahibləritək canımı, qanımı Cənubda qoyub bir də heç zaman geriyə dönə bilməmək məh-kumluğu, əlacsızlığı ilə Şimalda yaşayırdım...
Amma təkcə Cənubda yox, Şimalda da “Heydərbabaya salam”a nəzirələr,
Şəhriyara məktublar yazıldı (Şəhriyardan da cavablar alındı və əvvəllər görünməmiş bir hadisə baş verdi: o qorxunc sərhədlərin fövqündə ana dilli poetik bir yazışma başladı!), “Heydərbaba”nın şer forması populyarlaşdı.
Qəribədir, 60-cı illərdə Azərbaycan poeziyasında şerin forması barədə (sərbəst şer- ənənəvi şer) qızğın mübahisələr, hətta ədəbi münaqişələr getdiyi bir vaxtda və biz də bir cavanlıq şövqü ilə yeri gəldi, gəlmədi, sərbəst şerin təəssübünü çəkdiyimiz bir zamanda sadə, tamam ənənəvi “Heydərbabaya salam” hamının ürəyinə yol tapdı və bir daha sübut etdi ki, əsas istedaddır və o istedad sənə nə yazdırırsa, onu da yazmalısan.
... Sonralar bizə məlum oldu ki, Heydərbaba nemətli, məhsullu, möhtəşəm bir dağdır və Şəhriyar da o dağın ətəklərində dünyaya gəlib, uşaqlığı o ətəklərdəki Qayışqurşaq,
Xoşginab, Şəngülava kəndlərində keçib və heç şübhəsiz ki, bu poemanın bu dərəcə təbii çıxmasında o el-obanın havasıyla, suyuyla mayalanmış genlərin rolu olub və elə o genlər də ana dilini Şəhriyarın ürəyinin dərinliklərindən çıxarıb qələminin ucuna gətirmişdir.
Xatirindədir, 60-cı illərin ikinci yarısında mən Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı, sonra kiçik elmi işçisi olduğum vaxtlar unudulmaz professor Qulamhüseyn Beqdeli xüsusi bir ehtirasla danışırdı ki, Tehranda yaşayan Şəhriyar xəstələnir, anası kənddən onu yoluxmağa gəlir və bu görüşdən sonra “Heydərbabaya salam” yaranır.
Və mən indi fikirləşirəm ki, əlbəttə, o vaxt Ana özü ilə birlikdə Tehrana Heydərbabanın ab-havasını aparmışdı və kənddən şəhərə oğlunu yoluxmağa gedən o adi Ana səfəri Azərbaycan poeziyasında Şəhriyar hadisəsi yaratdı.
![]() |
| Kişi üst geyimi. Şamaxı. XIX əsr. |
Azərbaycanın milli geyimləri xalqın maddi-mənəvi mədəniyyətinin çoxəsrlik və mürəkkəb inkişafı prosesində yaranmışdır. Xalqın tarixi ilə six bağlı olan geyimlər digər maddi mədəniyyət növləri ilə müqayisədə milli xüsusiyyətləri daha mükəmməl əks etdirir, etnik çalarlarla kifayət qədər zəngindir. Paltarların forması, bədii tikmə, toxuma və zərif işləmələrdə xalq yaradıcılığının bir sıra etnoqrafik, tarixi və estetik xüsusiyyətləri ifadə olunmuşdur. Azərbaycan XVII əsrdə yaxın şərqin ən böyük ipəkçilik mərkəzlərindən biri idi. Şirvan əyaləti Azərbaycan ipəkçiliyinin başında dururdu. Ipək parçalar əsasən Şamaxı, Basqal, Gəncə, Şəki və Şuşada istehsal olunurdu.
Burada olduqca zərif, nadir və gözəl naxışlı parçalar, ipəkdən qadın baş örtükləri yaradılırdı. Paltarların üslubu onun sahibinin əsil nəcabəti və yaşını əks etdirirdi. Qızların paltarları ərli qadınlarınkından kəskin fərqlənirdi. Gənc qadınlar daha parlaq və bayramsayağı geyinirdilər. Azərbaycanın digər tarixi-etnoqrafik bölgələrində olduğu kimi kişi paltarları, geyimləri əsasən oxşar olurdu. Eyni zamanda kişi paltarlarına nəzər salmaqla sahibinin sinfi mənsubiyyətini müəyyən etmək mümkün idi. Uşaq paltarları da formaca böyüklərin geyiminə oxşayırdı, yalnız ölçüləri yaşla əlaqədar xırda əlavələr ilə fərqlənirdi.
![]() |
![]() |
| Uşaq paltarı.Şamaxı. XIX əsr. | Ləbbadə.Qadın üçün payız üst geyimi. XIX əsr. |
![]() |
![]() |
| Yaşmaq. Qadın üçün qış üst geyimi. XIX əsr. | Arxalıq. Qadın üçün yay üst geyimi. XIX əsr. |
![]() |
![]() |
| Arxalıq. Qadın üçün payız üst geyimi. XIX əsr. | Qadın paltarı. Gəncə. XIX əsr. |
![]() |
![]() |
| Qadın paltarı. Şuşa. XIX əsr. | Qadın başmağı. Muncuqlu tikmə. XIX əsr. |
![]() |
![]() |
| çəpkən. Kişi üst paltarı. XIX əsr. | Qadınlar üçün aşırma çanta. XIX əsr. |
![]() |
![]() |
| Araqçın. XIX əsr. | Arxalıq. Qadın üçün yaz üst geyimi. XIX əsr. |
![]() |
![]() |
| Ləbbadə. Qadın üçün payız üst geyimi. XIX əsr. | Qadın ayaqqabısı. XIX əsr. |
![]() |
![]() |
| Yay qadın paltarı. Şəki. XIX əsr. | Qadın üçün bər-bəzək qabı. XIX əsr. |
![]() |
| Xəncər qınından fraqment, XX əsr. |
Qafqaz silahlarında Şərqdə silah düzəldən ustaların çoxəsrlik təcrübəsi öz əksini tapıb. Üstəlik bu silahlar Qafqaz xalqlarının ən'ənələrinə uyğun şəkildə zənginləşdirilib. Ornamentinin rənga-rəngliyi və müxtəlifliyi baxımından diqqəti cəlb edən Qafqaz silahları özlüyündə Şərqin mədəniyyət tarixində qeyri-adi hadisə hesab olunur. Qafqazda silahların qəbzəsini bəzəmək üçün daha çox gümüşdən istifadə olunurdu. Bir çox xəncər qəbzəsi böyük ustalıqla gümüşdən düzəldilmiş, üzərində döymə işləri aparılmışdır. Qafqaz tapançaları və çaxmaqdaşlı tüfənglər sadə istehsal texnologiyasına baxmayaraq, yüksək döyüş keyfiyyəti ilə fərqlənirdi. XVII əsrdən istehsal olunmağa başlayan odlu silahlar artıq XVIII əsrin sonunda yüksək səviyyəyə çatmış və Şərqdə geniş şöhrət tapmışdır.
Qafqazda düzəldilən odlu silahlar bəzək elementləri ilə də diqqəti cəlb edirdi. Belə ki, silahın lüləsi qızılla bəzədilir, sürgüsü çinar və ya qoz ağacından hazırlanır, habelə sümükdən, gümüşdən naxış vurulurdu. Silahı düzəldən ustanın və onun sahibinin adının incəliklə yazılışı silahın xaricri görünüşünə xüsusi gözəllik verirdi. Orta əsr Qafqaz döyüşçülərinin silahları və qoruyucu geyimləri - xəncərlər, qılınclar, dəbilqələr, qalxanlar, nigablar və s. diqqəti cəlb edir. Həmin silahlar ya başqa ölkələrdən gətirilir, ya da Qafqazda hazırlanırdı.
![]() |
![]() |
| Tunc xəncər, e.ə. XV əsr. (Qafqaz) | Balta, XVII-XVIII əsr. (İran) |
![]() |
![]() |
| Toppuz dəstəkli tunc xəncərdən fraqment, e.ə. XV əsr. (Qafqaz) | Dəbilqə, qalxan. əsa, XVIII əsr. (İran) |
![]() |
![]() |
| çaxmaq daşlı tüfəngdən fraqment. Patronqabı, bantqabı XVIII-XIX əsr. (Qafqaz) | Piston tüfəngindən fraqment, XIX əsr. |
![]() |
![]() |
| Bıçaqlar. XVIII əsr. | Xəncər, qını ilə birlikdə, XIX əsr. |
![]() |
![]() |
| Qalxan və dəbilqə. XVIII əsr. | Əsa, XVII əsr. |
![]() |
![]() |
| Çaxmaq daşlı tapança. XVIII-XIX əsr. | Çaxmaq daşlı tapança yağdanla birlikdə, XIX əsrin birinci yarısı. |
![]() |
| Ərəb Xilafəti, anonim, Arran. 89-ci il Dirhəm, gümüş |
Azərbaycan ərazisindən tapılan ilk sikkələr Makedoniyalı Isgəndərin dövrünə aid edilir. Bu qümüş sikkələr draxma adlanırdı, ellinist dövlətlərinin (Baktriya, Ponta) və diqər antik mərkəzlərin (Afina, Roma) sikkələrinə Azərbaycan ərazisində rast qəlinir. Bizim eradan əvvəl III əsrdən başlayaraq qədim Azərbaycanda ( Atropatena və Qafqaz Albaniyasında) digər gümüş sikkələr də kəsilmişdi. Həmin sikkələr Makedoniyalı Isgəndərin, Selevkiya və Parfiya hökmdarların sikkələrinə bənzəirdi.
Azərbaycan VII əsrdə ərəb istilasına məruz qaldıqdan sonra Xilafətin pul dövrüyyəsinə qatılır. IX-XI əsr Azərbaycan Feodal dövlətlərində, O cümlədən Şirvanşahlar - Məzghidlər , Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətlərinin sikkələri, xüsusən də gümüş dirhəmlər nəinki Azərbaycanın daxili bazarının tələbatını ödəyir, hətta Qafqazda Xilafət sikkələri ilə yanaşı bir növ beynəlxalq pul vahidi rolunu da oynayırdı. XV-XVI əsrlərdə Şirvanşah sikkələri -tənqələr bütün Gafqazda ödəniş vasitəsi hesab edilirdi. Ölkənin cənubunda isə bir-birinin ardınca türkdilli sülalələr Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövləti meydana çıxırdı. Həmin dövlətlər gümüş və qızıl sikkələr kəsirdi. XVI əsrin əvvəlində Səfəvilər dövlətində buraxılan 9,4 qramlıq ağır gümüş sikkələr müəyyən mənada həmin dövlətin iqtisadi gücünə dəlalət edirdi. Qülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə qörə Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə keçdikdən sonra xanlıqlara sikkə kəsməyə qadağa qoyuldu. Azərbaycan ümumrussiya pul dövriyyəsinə daxil edildi.
![]() |
Fraksiya, Lisimah (b.e.ə. 323-281). Tetradirhəm. Gümüş. |
![]() |
Aureus. Qızıl. |
![]() |
Makedoniya. Makedoniyalı İsgəndər (b.e.ə. 336-323). Tetradraxma. Gümüş. |
![]() |
Vizantiya, II Feodosi (408-450). Solid. Qızıl. |
![]() |
Sasanilər, II Xosrov (591-628). Dirhəm. Gümüş. |
![]() |
Tetradrahma. Gümüş. |
![]() |
Sacilər, Müflih (? 932) Ərdəbil. Dirhəm. Gümüş. |
![]() |
Şəddadilər, Şavir (1049-1067). Gəncə. Dirhəm. Gümüş. |
![]() |
Ağqoyunlular, Əlvənd (1499-1502). Təngə. Gümüş. |
![]() |
Qara-qoyunlu, Qara-Yusif (1410-1420), Urmi. tenqa, gümüş |
![]() |
Ağsüngürilər, Körpə Arslan (1174-1208). Mis. AK- Sunkurids, |
![]() |
Eldəgizlərin vassalı, Dərbənd məlikləri. (ÕÏ-XIII əsr). Mis. |
![]() |
Bişkinilər, Bişkin (1155-1210), Mis |
![]() |
Baburilər. Məhəmməd Şah (1719-1748). Rupi. Gümüş. |
![]() |
Teymurilər, Şahrux (1404-1447 ), Astara, 840 h.i. tənqə, Gümüş. |
![]() |
Əməvilər, yerli hökmdar Ibadulla (673-683). Dirhəm. Gümüş. |
![]() |
Şirvanşahlar, I Mənuçöhr (1027-1034). Dirhəm. Gümüş. |
![]() |
Sacilər, Dəysəm (934-954). Dirhəm. Gümüş. |
![]() |
Eldəgizlər, Əbu-Bəkr (1211 -1225) Dirhəmlər, Mis |
![]() |
Eldəgizlər, Eldəgiz (1136-1175), Dirhəm, Mis. |
![]() |
| Boyunbağıdan fraqment, "Boğazaltı". Qızıl. Filiqran. (Bakı şəhəri, XIX əsrin sonu) |
Min illər ərzində Azərbaycanın zərgərlik sənəti sadədən mürəkkəbə doğru böyük bir yol keçmişdir. Qiymətli metallardan hazırlanan çoxsaylı ziynət əşyaları- onlar XI b.e.ə.-XII əsrlərə aid olunur, Azərbaycan xalqının yüksək mədəniyyətindən soraq verir. Tapılan əşyaların analizi göstərir ki, qədim ustalar zərgərlik sənətinə mükəmməl yiyələnmiş və bu sənətin sirrlərini sonrakı nəsillərə də öyrətmişlər. Zinət əşyalarının bir çoxu qismən də olsa ilkin formasını saxlamışdır. Zərgərlik mə'mulatları forma e'tibarı ilə çox müxtəlifdir və mürəkkəb kompozisiyaya malikdir. Həmin mə'mulatların əsas hissələrini çoxləçəkli güllər, ulduzlar, aypara, butalar təşkil edir.
Həmin elementlərdə nə vaxtsa qədim zamanlarda adamların pənah gətirdiyi, tapındığı varlıqlar əks olunsa da, sonradan ilkin mə'nasını itirmiş və bizim günlərə dekorasiya mə'mulatları kimi gəlib çatmışdır. Zərgərlik mə'mulatları adətən qiymətli daşlarla, o cümlədən yaqut, zümrüd, firuzə ilə bəzədilirdi. Buna "qaş" da deyilir. XIX əsrin zərgərlik mə'mulatları qızıl və gümüşdən hazırlanırdı. Forma və texnika baxımından gümüşdən hazırlanan mə'mulat qızıl mə'mulatlardan fərqlənir. Bə'zən gümüş mə'mulatları qızıl suyuna da çəkirlər.
![]() |
![]() |
| Boyunbağı. Aşağı əyarlı qızıl. (Mingəçevir arxeoloji qazıntıları. E. ə. V-III əsr). |
Toqqa. Qızıl. Filiqran. (XIX əsrin sonu) |
![]() |
![]() |
| Kəmərdən fraqment. | Sırğa. Qızıl. (Mingəçevir. E.ə. I əsr) |
![]() |
![]() |
| Sırğa. Qızıl. (Mingəçevir. E.ə. III-VIII əsr) | Sırğa. Qızıl. (Mingəçevir. E.ə. VII-V əsr) |
![]() |
![]() |
| Sırğa. Qızıl. (Qax. II-III əsr) | Kəmərdən fraqment. Gümüş. Filiqran (XIX əsr) |
![]() |
![]() |
| Toqqa. Gümüş və emal. (XIX əsrin sonu) | Sırğa "Dörddüymə". Qızıl. Filiqran. (XII əsrin sonu.) |
![]() |
![]() |
| Sırğa. Qızıl. Filiqran. (Bakı şəhəri, XIX əsrin sonu) | Qolbaq. (Bakı şəhəri, XIX əsrin sonu) |
![]() |
![]() |
| Kəmər. Gümüs. Filiqran. (XIX əsr) | Sırğa "Piyalə-zəng". |
a qədimdən üzü bəri Bakı, Naxçıvan, Lənkəran, Şamaxı, Gəncə, Şuşa, Şəki, Quba kimi şəhərlərdə sənətkarlar yerli xammaldan döymə mis mə'mulatları hazırlayırdı.
![]() |
| Şərbət qabı. Fraqment |
Lakin qədim mədəniyyət mərkəzi Şamaxının yaxınlığında yerləşən Lahıc özünəməxsus ornamentləri ilə fərqlənən mis mə'mulatlarının Qafqazda mərkəzi hesab olunurdu. çoxsaylı arxeoloji tapıntılar bir çox ornamentlərin nəsildən-nəsilə ötürüldüyünü sübut edir. Onlardan bəziləri olduğu kimi saxlanmış, bəziləri isə yeni motivlərlə zənginləşərək bir qədər dəyişikliyə uğramısdır. Mis döymə məmulatlannın əksəriyyətinin üzərində onu düzəldən ustanın möhürü, hazırlandığı tarix və sahibinin adı göstərilir.
Bir çox məişət əşyalarının, o cümlədən qabların üstündəki döymə yazılar, habelə şerlər, adətən ərəb hərfləri ilə nəqş olunurdu. Həmin bəzəkli hərflər döymə mə'mulatların üzərindəki ornamentlərlə uzlaşır, onları daha da cazibədar edirdi. Mis döymə ornamentlərinə bir çox tarixi abidələrdə, î cümlədən Naxçıvandakı məqbərədə (XII əsr), Bərdə və Qarabağdakı (XIII-XIY əsr) abidələrdə, Bakıdakı Şirvanşahlar sarayında (XY əsr), Şəkidəki Xan sarayında da (XYIII əsr) rast gəlmək mümkündür. Azərbaycan ustaları misi əridərək hazırladıqları mə'mulatlara istənilən formanı verə bilirdi. Hazırda mis məmulatlarının 80-ə yaxın növü məlumdur.
![]() |
![]() |
| Piyalə. Fraqment | Satıl. Fraqment. |
![]() |
![]() |
| Badya. | Hamam tası. |
![]() |
![]() |
| Mis çıraqlar. | Dolça. |
![]() |
![]() |
| Sini və sərpuş. | Qablama qazan. |
![]() |
![]() |
| Aftafa. | Piyalələr. |
![]() |
![]() |
| Satıl. Fraqment. | Mis qab. Fraqment. |
![]() |
| "Kilim" Şirvan qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, ÇOZx189 sm. sıxlığı 70x90 Azərbaycan xalçası və xalq tətbiqi sənəti, Dövlət Muzeyi. |
Qafqazın cənub-şərqində, Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Respublikasına bir nəzər salaq. Gözlərimiz önündə nəhayətsiz düzənliklər və çəmənlər, zirvəsi qarlı dağlar və qumlu dəniz sahilləri canlanır. Bərəkətli torpaq, yumşaq iqlim, ilıq günəş şüaları kənd təsərrüfatının bütün sahələrinin inkişafı üçün gözəl şərait yaradır. Qafqazda bitən altı min növ bitkinin 4100-ü Azərbaycanın ərazisindədir. Həmin bitkilər böyük müalicəvi əhəmiyyətə malikdir. Respublikamız mineral su mənbələrilə də zəngindir.
Azərbaycan hələ qədim zamanlardan Şərqin yüksək dərəcədə inkişaf etmiş kənd təsərrüfatı ilə, O cümlədən pambıqçılıqla, heyvandarlıqla seçilən, neft və başqa faydalı qazıntılarla zəngin ölkəsi olmuşdur. Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yolların kəsişməsində yerləşən Azərbaycan ərazisi eyni zamanda iqtisadi və siyasi əlaqələrin mərkəzi kimi böyük əhəmiyyət daşımışdır. Azərbaycan həmişə yüksək mədəniyyət ocağı olmuşdur. Bu torpaqda istehsal olunmuş xalça və xalça mə'mulatı bir çox tarixi əsərlərdə, klassik ədəbiyyatda və şifahi xalq ədəbiyyatında dəfələrlə heyranlıqla xatırlanmışdır. Azərbaycan xalçasını necə təsvir edək? Onu görmək lazımdır, çünki həmin xalçalar Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini - səmanın maviliyini və meşələrin yaşıllığını, dağ yamaclarının əlvanlığını, qarlı zirvələrin bəyazlığını əks etdirir.
Bu xalçalarda qırmızı nar dənələrinin və qızılı heyvanın, sarı zəfəranın və kəhrəba üzümün rəngləri ecazkar bir şəkildə qovuşmuşdur. Azərbaycan xalçası boyaların tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir. Xalçaçılıq Azərbaycanın ən qədim dekorativ-tətbiqi sənət növlərindən biridir. Arxeoloji tədqiqatlar, ədəbi abidələr Azərbaycanda xalçaçılıq sənətinin çox qədim dövrlərdə yaranmasını sübut edir. Tarixi mənbələrdəki mə'lumata görə, orta əsrlərdə Azərbaycan Şərqdə həm xovlu, həm də xovsuz xalça istehsalının mərkəzlərindən biri hesab olunmuşdur. X əsrə aid (982-ci il) "Hüdud-əl-Aləm" əlyazmasında deyilir ki, Azərbaycan şəhərləri, O cümlədən Muğan öz çuvalları və palazları ilə məşhur olmuşdur; Naxçıvan, Xoy və Salmas şəhərləri öz zililəri, xalçaları və toxuculuq məmulatı ilə, Ərdəbil və Şirvan əlvan ipək və yun parçaları ilə şöhrət qazanmışdır.
![]() |
![]() |
| "Qədim Minarə" Quba qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl isi, 288x125 sm. sıxlığı 40x48 Azərbaycan xalçası və xalq tətbiqi sənəti, Dövlət Muzeyi. | "Qonaqkənd" Quba qrupu, Azərbaycan. XIX əsr. Yun, əl işi, 165x118 sm. sıxlığı 60x60 Azərbaycan xalçası və xalq tətbiqi sənəti, Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Uqah" Quba qrupu. Azərbaycan. 1293-94/1875-76-cı illər. Yun, əl işi, 440x118 sm.sıxlığı 35x45 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Hacı Qayib" Quba qrupu. Azərbaycan. XX əsrin əvvəli.Yun əl işi, 164x105 sm, sıxlığı 26x30. Azərbaycan xalçası və xalq tətbiqi sənəti, Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Pirəbədil" Quba qrupu, Azərbaycan. XX əsr. Yun, əl işi, 196x132 sm. sıxlığı 50x50 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Qaraqaşlı" Quba qrupu, Azərbaycan. XIX əsrin sonu. Yun, əl işi, 158x117 sm. sıxlığı 35x45 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Quba" Quba qrupu. Azərbaycan. XIX əsrin sonu. Yun, əl işi,298x!43 sm. sıxlığı 30x40. Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | Süfrə. Şirvan qrupu, Azərbaycan. 1250/1834-ci il. Yun, əl işi, 189x92 sm. sıxlığı 55x120 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Şamaxı" Şirvan qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun. əl işj, 126x209 sm. sıxlığı 30x32 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Qobustan" Şirvan qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 159x129 sm.,sıxlığı 35x45 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Kilim" Şirvan qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 320x 148 sm.sıxlığı 35x50 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "çuxanlı" Şirvan qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 186x122 sm. sıxlığı 45x47 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Kilim" Şirvan qrupu, Azərbaycan. XIX əsrin sonu. Yun, əl işi, 344x196 sm. sıxlığı 56x75 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Kilim" Baki qrupu, Azərbaycan, 1317/1899-ci il. Yun, əl işi, 310x179 sm. sıxlığı 60x75 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
Məşhur tarixçilərdən Əbu Cəfər Məhəmməd Təbəri (839-923) Azərbaycanın ərəblər tərəfındən işğalından danışarkən yazır ki, 22-ci hicri ilində (eramızın 642-ci ilində) Azərbaycanın şimal-şərqində yüksək keyfiyyətli xalçalar istehsal olunmuşdur. Tarixçi və səyyah Əl-Müqəddəsi (X əsr) Azərbaycanın Bərdə şəhərini, onun bazarını təsvir edərək yazır: "...Bu bazarda ipək və geyim şeyləri satılır, burada toxunan xalçaların misli yoxdur". Xalçaların təsvirinə həmçinin Azərbaycan klassik ədəbiyyatında, xüsusilə Qətran Təbrizinin (XI əsr), Nizami Gəncəvinin, Xəqani Şirvaninin (XII əsr) və başqalarının əsərlərində rast gəlinir. XIII əsrdə Şərqi gəzib dolaşmış məşhur venetsiylı səyyah Marko Polo yazır: "Azərbaycanda bütün dünyada şöhrət qazanmış parçalar, xalçalar və qılınc tiyələri hazırlayan xeyli gözəl sənətkar var".
XV əsrin ikinci yarısından e'tibarən Azərbaycanın xalça ustaları ipək xalçalar toxuyarkən qızıl və gümüş saplardan, qiymətli daş-qaşdan da istifadə etməyə başlamışlar. XIII-XIY əsrlərdə Azərbaycanda yaradılan bədii mə'mulat (zərgərlik şeyləri, xalçalar) Avropanın, O cümlədən Venetsiya tacirlərinin diqqətini cəlb etməyə başlamışdır. Azərbaycanda olmuş tacirlər, səyyahlar, müxtəlif ölkələrin elçiləri satış və hədiyyə üçün buradan özləri ilə gözəl xalılar və xalça məmulatı aparırdılar. Təsadüfi deyil ki, artıq XV əsrdən başlayaraq məşhur Avropa rəssamlarının əsərlərində Azərbaycan xalçaları təsvir olunur. Həmin xalçalara Hans Holbeynin "Elçilər" rəsmində rast gəlirik; görkəmli Niderland rəssamı Yan Van Eyk özünün "Keşiş Van der Pale madonnası"nı Azərbaycanın "Quba" tipli xalçası fonunda çəkmişdir.
![]() |
![]() |
| "Mərəçə" Şirvan qrupu, Azərbaycan. XX əsrin əââəëİ. Yun, əl işi, 200x136 sm. sıxlığı 32x38 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Faxralı" Gəncə qrupu, Azərbaycan. 1344/1926-cı il. Yun, əl işi. 193x170 sm. sıxlığı 50x50 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Israfil" Şirvan qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 148x117 sm. sıxlığı 35x40 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Bico" Şirvan qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 200x140 sm. sıxlığı 30x35 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Qədim Gəncə" Gəncə qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 272x 132 sm. sıxlığı 30x33 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Görədil" Bakı qrupu, Azərbaycan. 1324/1906-cı il. Yun, əl işi, 148x113 sm. sıxlığı 35x38 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Qasım-uşağı" Qarabağ qrupu, Azərbaycan. XX əsrin avvəli. Yun, əl işi, 262x135 sm. sıxlığı 50x53 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Şıxlı" Qazax qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 237x151 sm. sıxlığı 40x45 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Kəmərli" Qazax qrupu, Azərbaycan. 1342/1925-ci il. Yun, əl işi, 217x154 sm. sıxlığı 40x40 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Görədil" Bakı qrupu. Azərbaycan. XX əsrin əvvəli. Yun, əl isi, 226x129 sm. sıxlığı 40x42 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Dəmirçilər" Qazax qrupu, Azərbaycan. XIX əsrin əvvəli. Yun, əl işi, 190x140 sm. sıxlığı 30x32 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Zili" Qazax qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 349x191 sm. sıxlığı 70x85 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| Xurcun Bakı qrupu. Azərbaycan. XIX əsrin əvvəli. Yun, əl işi, 145x55 sm. sıxlığı 50x50 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Qaymaqlı" Qazax qrupu, Azərbaycan. XIX əsr. Yun, əl işi, 290x170 sm. sıxlığı 35x35 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
XVI-XVII əsrlər, Səfəvilər dövrü Azərbaycanın xalçaçılıq sənətinin ən coşğun inkişaf mərhələsi olmuşdur. Həmin dövrdə Təbriz, Ərdəbil, Şamaxı, Gəncə və Bərdə xalça toxuculuğu mərkəzləri hesab edilmişdir. Neçə yüz illər bundan əvvəl Şirvanda, Qarabağda, Abşeronda, Qubada, Qazaxda, Gəncədə, Muğanda, Talışda toxunmuş, gözəl keyfiyyətinə və icra texnikasına görə seçilən bədii xalçalar indi Qərbi Avropa ölkələrinin, Amerikanın ən böyük muzeylərini bəzəyir. Bütün dünyada "Qafqaz xalçası" adı ilə tanınan xovlu və xüsusilə xovsuz xalçaların doxsan faizini Azərbaycan xalçaları təşkil edir. 1928-ci ildə Azərbaycanda "Azərxalçabirliyi" təşkil olundu. Həmin birlik respublikanın müxtəlif rayonlarında yerləşən xalça fabriklərinə başçılıq etdi. Həmin fabriklərdə təcrübəli xalça toxuyanlarla yanaşı, gənc xalçaçı qızlar işləyirdi. Toxucular klassik ən'ənəyə sadiq qalaraq əllə zərif, gözəl xalçalar toxumuşlar.
Həmin xalçalar Bağdadda, Leypsiqdə, Monrealda, Plodivdə, Əlcəzairdə, Qahirədə, Dəməşqdə, Izmirdə, Tehranda böyük beynəlxalq sərgilərdə və yarmarkalarda dəfələrlə müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Yeni xalçalar üçün eskizləri öz işlərində ornamental xalq sənətinin tükənməz sərvətlərindən yaradıcılıqla istifadə edən peşəkar rəssamlar hazırlayır. 1967-ci ildə Bakıda dünyada birinci olaraq Dövlət Xalça Muzeyi açılmışdır. Burada müxtəlif növlü ən gözəl Azərbaycan xalçaları və xalça məmulatları nümayiş etdirilir. Bu nadir muzeyin ekspozisiyasını XVII-XIX əsrlərdə toxunmuş qədim xalçalar və sovet dövründə yaradılmış bədii ornamental xalçalar bənzəyir. Yuxarıda adlan çəkilən müəssisələrin təşkili xalça sənətinin bədii, nəzəri və texnoloji cəhətlərinin daha dərindən öyrənilməsinə imkan yaratmışdır. Istehsal texnikasına və bədii həllinə görə Azərbaycan xalçası iki növə ayrılır: xovsuz və xovlu xalçalar.
Qobelini xatırladan xovsuz xalçalar hazırlamaq üçün yeddi növdən artıq texnika tətbiq olunur, xovlu xalçalar isə yalnız iki üsulla toxunur. Azərbaycanın hər bir rayonu məhz həmin zonaya xas olan xalça və xalça məmulatı ilə tanınır. "Palas", "Cecim", "Şəddə", "Kilim", "Zi-li", "Vərni", "Sumax" və s. xovsuz Azərbaycan xalçasına aiddir. Xovsuz məmulat: xurcun, məfrəş, çul və s. hələ qədim zamanlardan məişətdə geniş yayılmışdır. Azərbaycanda xalçaçılıqla əsrlər boyu qadınlar məşğul olmuş, bu sənəti məhəbbətlə özlərindən sonra gələn nəsillərə öyrətmişlər. Xalçaların kompozisiyası, ornamentləri, bədii vasitələri nə qədər mürəkkəb olsa da, hər bir toxucu qadın üçün doğma olmuşdur. Köhnə adamların dediklərinə görə, keçmişdə Qarabağda (Bərdədə, sonradan isə Şuşada) elə bir qadın tapılmazdı ki, o, xalça dəsti (xəli-gəbə dəsti) toxuya bilməsin. Adətən qıza elçi gələn qadmlar soruşurmuşlar: "Xalça toxuya bilirsənmi?"
Olduqca maraqlı bir statistika məlumatından görünür ki, 1917-ci ildə Quba qəzasının 111 kəndindən 97-sində 39979 nəfər xalça toxumaqla məşğul olmuşdur. Bu da qəzanın xırda sənətkarlarının 81 faizi idi. Qarabağ, Şirvan və Abşeron yarımadasının kəndlərində də belə rəqəmlərə rast gəlmək olar. Bütün bu faktlar onu təsdiq edir ki, Azərbaycan xalçaçılığı son dərəcə geniş yayılmış və tətbiqi sənətin əsas növlərindən biri olmuşdur.
![]() |
![]() |
| "Xanlıq" Qarabağ qrupu, Azərbaycan. 1928-ci il. Yun, əl işi, 654x105 sm. sıxlığı 45x48 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "çələbi" Qarabağ qrupu, Azərbaycan. 1342/1924-cü il. Yım, əl işi, 155x284 sm. sıxlığı 30x32 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Zili" Qarabağ qrupu, Azərbaycan. XIX əsrin sonu. Yun, əl işi, 513x176 sm. sıxlığı 80x85 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | Xurcun Qarabağ qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 160x70 sm. sıxlığı 50x50 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Vərni" Qarabağ qrupu, Azərbaycan. XVIII əsr. Yun, əl işi, 203x282 sm. sıxlığı 40x80 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Naxçıvan" Qarabağ qrupu, Azərbaycan. 1983-úü ië. Yun, əl işi, 150x101 sm. sıxlığı 50x50 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Ləmbəran" Qarabağ qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 200x88 sm. sıxlığı 25x28 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Qarabağ" Qarabağ qrupu, Azarbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 284x115 sm. sıxlığı 35x38 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Naxçıvan" Qarabağ qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 570x215 sm. Sıxlığı 25x25 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi | "Mir" Təbriz qrupu, Azərbaycan. XIX əsrin sonu. Yun, əl işi, 190xl32sm. sıxlığı 60x65 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() |
![]() |
| "Mallbəyli" Qarabağ qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 243x122 sm. sıxlığı 28x30 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | "Heris" Təbriz qrupu, Azərbaycan. XX əsrin əvvəli. Yun, əl işi, 338x268 sm. sıxlığı 40x40 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. |
![]() | |
| "Sərabi" Qarabağ qrupu, Azərbaycan. XIX əsrin sonu. Yun, əl işi, 470x95 sm. sıxlığı 40x43 Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi. | |
![]() |
| Sazəni (qurama) XIX əsr. |
Azərbaycan tikmələri texnika və kompozisiya baxımından qədimiliyi ilə fərqlənir. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamaxı və Bərdədə ipək tikmələrin gözəlliyini qeyd edir. Ingilis səyahətçisi, tacir Antoni Cekinson XVI əsrdə şahın yay iqamətgahını təsvir edərək yazırdı ki, "şah ipək və qızıla bürünmüş geniş çadırda əyləşmişdi, onun geyimi isə mirvari və qiymətli daş-qaşlarla bəzədilmişdi". Əsas xammal kimi yerli məhsullardan-qanavuzdan, məxmərdən istifadə olunurdu. Həmin xammal əsasən Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və digər şəhərlərdə hazırlanırdı. Azərbaycanda qızılı tikmə, qırçınlı tikmə, girdə çərçivə içərisində naxışlı toxuma, muncuqlarla bəzədilmiş digər tikmə növləri geniş yayılmışdır. Onlardan qızılı tikmə daha qədimi hesab olunur.
Həmin tikmə növü "güləbətin" adlanır. Günbəzvari, girdə çərçivə içərisində naxış toxuma üsulu da geniş yayılmışdı. XIX əsrdə onun mərkəzi Şəki hesab olunurdu. Baş örtüklərinin, araxçınların, namaz xalçalarının, yun paltarların toxumasından geniş istifadə olunurdu. Tikmələr bir qayda olaraq mirvari və muncuqlarla bəzədilirdi. Qurama və spiralşəkilli tikmə növləri son dövrlərdə meydana çıxıb.
![]() |
![]() |
| Güzgü üçün pərdə. XIX əsr. | Xalça.Güləbatınlı naxışlar. XIX əsr. |
![]() |
![]() |
| İnteryer üçün naxış. XIX əsr. |
Böyük balış üçün örtük. XIX əsr. |
![]() |
![]() |
| Zimpuş. (çul). XIX ssr. | Yelpik. XIX əsr. |
![]() |
![]() |
| Parlaq muncuqlu naxışlardan fraqment. XIX əsr. |
Pul kisəsi. Muncuqlu naxışlar. XlX əsr. |
![]() |
![]() |
| Muncuqlu naxışlar. XIX əsr. | Masa üstü örtük. XIX əsr. |
![]() | |
| Rübənd (üz örtüyü). XIX əsr. | |
![]() |
Ərazisi - 667 km2 Əhalisinin sayı - 47501 İnzibati mərkəzi - Yardımlı |
![]() |
Qəsəbələr / Kəndlər Unəç, əsədabad, Daşkənd, çayüzü, Dağüzü, Nisəkələ, Qaraqaya, Urağaran, Avun, şiləvənkə, Mamulğan, Þkü, Gavran, şəfəq Cerimbel, Yeni Abidinli, Gilar, Xanbulaq, Perimbel, Avaş, Deman, Peş-təsər, Arvana, Fmdıqlı, Kürəkçi, Gərsəva, Alar, şıxhüseynli, Hamarkənd, Bürzüm-bül, Anzov, Abasabad, Solqard, Zenqaran, Bozayran, Osnağaran, Dəryavar, Vəlixanlı, Qabaqdibi, Kþryədi, Mişkireyin, Sınq, Alçabulaq, Odrağaran, Aras, Mirimli, Tahirli, Məlikli, şələ, Horavar, əfçədulan, Keçələkəran, Vərov, Zəngələ, əngþvül, Vərgədüz, Bilnə, Yolocaq, Horonu, Separadi, Teşkan, Telavar, şovut, Porsava, Honuba-şıxlar, Zeynələzir, Honuba, Gügavar, Tilə, ərsilə, Jiy, Ləzran, Eçara, şıxlar, Gþlyeri, Təzəkənd, Bərcan, Ləzir, Astanlı, Zevin, çanaxbulaq, Gendərə, Musa, Ostair, Dəlləkli |
Təbii ki, XXI əsrin astanasında soyuducu olmayan ev tapmaq çətindir. Bəs təbii soyuducusu olan şəhər, qəsəbə necə?!. Bu mənada Yardımlı rayonunun Ostair kəndinin bəxti gətirib. Yaşı bilinməyən və el arasında sadəcə olaraq "təbii soyuducu" adlandırılan abidə məhz onun payına düşüb. Mübaliğəsiz demək olar ki, texnikanın son diqtəsi ilə hazırlanan ən müasir soyuducu belə "təbii soyuducu"yla müqayisə oluna bilməz.
Memarlıq abidələri ilə zəngin olan Yardımlıda dəvələrin daş karvanına, qoç heykəllərinə, üç kişinin əl-ələ verib quca bilmədiyi çinarlara da rast gəlmək mümkündür
Coğrafi mövqeyi
Şimal-qərbdən və cənub-qərbdən İran İslam Respublikası, cənubdan Lerik, şərqdən Masallı və şimal-qərbdən Cəlilabad rayonu ilə həmsərhəddir. Rayonun ərazisində 87 yaşayış məntəqəsi yerləşir.
İqtisadi xarakteristikası
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı və heyvandarlıq təşkil edir. Əhali əsasən taxılçılıq, kartofçuluq, tütünçülük, tərəvəzçilik və qoyunçuluqla məşğul olur